Filtrar por género

Ha-Ha, Amanov Da Bilmir

Ha-Ha, Amanov Da Bilmir

Shamsaddin Amanov

Salam, Ha-Ha, Amanov Da Bilmir - podcast kanalına xoş gəlibsiz. Mən Amanov. Kanala bu adı qoyduqdan sonra Hüseynov olmağımı gözləmirdiniz onsuz da. Çox məntiqlidir. Bu podcast kanalında maraq dairələrimə aid söhbətlər etməyi planlaşdırıram. Məsələn, fəlsəfə, psixologiya, sosyologiya, tarix, texnologiya, və s. Qısacası hər şey. Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds erotic!

11 - 1 - Danışa Bilən Kobud Heyvanlar, Dəli Elm Adamı, Əxlaq, Qəribə Adlar, Qorxulu Sözlər | AZE PODCAST
0:00 / 0:00
1x
  • 11 - 1 - Danışa Bilən Kobud Heyvanlar, Dəli Elm Adamı, Əxlaq, Qəribə Adlar, Qorxulu Sözlər | AZE PODCAST

    1 - Danışa Bilən Kobud Heyvanlar, Dəli Elm Adamı, Əxlaq, Qəribə Adlar, Qorxulu Sözlər | AZE PODCAST

    Mon, 18 Apr 2022 - 23min
  • 10 - Xaricdə Təhsil / Avropa - Skandinaviya, Macarıstan, Almaniya, və s.

    Xaricdə Təhsil / Avropa - Skandinaviya, Macarıstan, Almaniya, və s.

    Mon, 11 Apr 2022 - 19min
  • 9 - FƏLSƏFƏ | Martin Haydeqqer, Hitler Almaniyası və Yəhudi Düşmənçiliyi (Nasizm, Antisemitizm)

    Martin Haydeqqer(1889-1976) — Alman filosofu, Ekzistensializm (Təklif 1. Varolmaçılıq; Təklif 2. Mövcudiyyətçilik) düşüncə tərzinin əhəmiyyətli nümayəndələrindən biri. Haydeqqer 20-ci əsrin ən böyük mütəfəkkirləri arasında qəbul edilir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Haydeqqer'in ən məşhur əsəri "Varlıq və Zaman" 1927-ci ildə çap edilmişdir. Burada Haydeqqer qısaca "Varlıq (olmaq) zamandır." fikrini irəli sürmüşdür. İnsan, doğulduğu və öldüyü zaman aralığında "olan" bir varlıqdır. Varlıq zamandır və zaman sonludur, bizim ölümümüz ilə sona çatır. Haydeqqer insanın bu həyata, dünyaya, varlığa "atıldığını" (öz istəyi xaricində) söyləyirdi. Bu əsər, sonraları Ekzistensializm'in ən böyük fiqurlarından biri olacaq gənc Jan Pol Sartr'a dərindən təsir etmişdir. Sartr, ən məşhur əsərlərindən birini "Varlıq və Heçlik" adlandırmışdı. Məqalənin əsas mövzusu isə Haydeqqer'in Üçüncü Reyx (Hitler Almaniyası) ilə olan əlaqəsidir. Adolf Hitler 1933-cü ilin Yanvarın 30-unda Almaniya Kansler'i seçildi. Həmin ilin Aprel ayının 21-də isə Martin Haydeqqer Freiburg Üniversitetinin rektoru təyin edildi. Sabiq rektor Möllendorff, Nasizmin tələb etdiyi antisemit posterləri üniversitetdə nümayiş etməyi rədd etdiyi üçün vəzifədən istefa etməyə məcbur edilmişdi. Vəzifəyə keçdikdən 10 gün sonra (1 May) Haydeqqer "Nasional Sosialist Alman Fəhlə Partiyası"-na qoşuldu. Həmin ay Nasist rektorlar tərəfindən Hitler'ə göndərilən ictimai teleqramı da imzalamışdı. Haydeqqer'in xeyrinə olan bir faktı da qeyd etsək: Haydeqqer heç bir zaman Nasist Partiya görüşlərinə qatılmamışdı (ilk üzvlük görüşü xaricində). Bu faktdan yola çıxaraq Haydeqqer'in dəstəkçiləri tərəfindən istifadə edilən arqümentlərdən biri belədir: "Haydeqqer əslində Nasist deyildi, sadəcə Hitler hakimiyyətində sağ qalmağa və özünə görə məntiqli siyasi həmlələr etməyə çalışırdı." Bunun belə olması isə çox şübhə altındadır. Çünki Haydeqqer'in ən yaxınlarına belə sırf Yəhudi olduğu üçün xəyanət etdiyini görə bilirik. Həmçinin, belə olmadığını, Haydeqqer'in Hitler hakimiyyətinin sonlanmasından sonra belə heç bir peşmançılıq ifadə etməməsindən anlaya bilərik

    Yazan / Tərcümə Edən: Amanov Shamsaddin

    Əsas Referanslar (istinadlar): 

    1. Human, All Too Human - Martin Heidegger (BBC series), link: https://www.youtube.com/watch?v=gQ09a5LJFqo&t 

    2. Martin Heidegger and Nazism, link: https://en.wikipedia.org/wiki/Martin_Heidegger_and_Nazism 

    Wed, 28 Apr 2021 - 09min
  • 8 - Macarıstana necə gəlmişəm? Niyə burada oxuyuram? Qısaca Macarıstanda həyat (part 1)

    Hamıya salam, mən Amanov. Ya da Şəmsəddin. İkisindən biri. Bu günkü podcast bölümündə Macarıstan barədə təcrübələrimdən danışdım, ümid edirəm bölümü əyləncəli hesab edərsiniz. Təşəkkürlər.

    Fri, 23 Apr 2021 - 17min
  • 7 - PSİXOLOGİYA | Şəxsiyyət Haqqında Nəzəriyyələr, Ziqmund Freyd, Id, Eqo, Super-Eqo, Karl Yung, Kollektiv şüursuzluq, Kölgə

    Avstriya psixoloqu və psixiatoru Ziqmund Freyd'in (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizmadı ilə məşhurdur. Z.Freyd Şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – Şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə Ģəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo).

    Karl Yunq'a (1875 - 1961) görə Şəxsiyyət dörd əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq, şüursuzluq və kollektiv şüursuzluq. 

    Mənbə: Mahirə Nərimanqızı, Ümumi Psixologiya

    Səsləndirən: Amanov Shamsaddin

    Tags: PSİXOLOGİYA | Şəxsiyyət Haqqında Nəzəriyyələr, Ziqmund Freyd, Id, Eqo, Super-Eqo, Karl Yung, Kollektiv şüursuzluq, Kölgə, Azərbaycanca fəlsəfə kitabları, fəlsəfə videoları, felsefe, Azərbaycanca podcast, Azəri podcast, Azərbaycan Spotify Podcast, Amanov, Freud, Sigmund, Carl Jung, Jungian, Freudian, Freydizm,

    Tue, 20 Apr 2021 - 05min
Mostrar más episodios